...

AMSK BƏT ilə Azərbaycanda səmərəlilik və rəqabət qabiliyyəti ilə bağlı vəziyyətlərin tədqiq olunmasının nəticələrini açıqlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 13:58 (UTC +04:00)

Azərbaycan Milli sahibkarlar (iş verənlər) konfederasiyası "Azərbaycanda səmərəlilik və rəqabət qabiliyyəti üzrə iş verənlərin fəaliyyətinin artırılması" layihəsinin reallaşdırılmasını başa çatdırıb. Trend AMSK-nın bazar ertəsi yaydığı press-relizinə istinadən xəbər verir ki, layihə Beynəlxalq əmək təşkilatının dəstəyi ilə həyata keçirilir.

Onun başlıca məqsədi konfederasiyanın potensial üzvlərinin səmərəlilik və rəqabət qabiliyyətinin milli səviyyəyə qaldırılması, sahibkarların biznes sahəsində biliklərinin artırılması istiqamətində yardımın inkişafı və gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində respublikanın altı rayonu -Quba, Qusar, Xaçmaz, Lənkəran, Lerik və Astarada emal sənayesi və turizmdə səmərəlilik və rəqabət qabiliyyəti ilə bağlı vəziyyətlər, biznesin inkişafındakı problemlər, kadr siyasəti, vergi qoyma, hüquqi baza, turizm və aqrar sektor sahəsində proqramların reallaşdırılması tədqiq olunub. Tədqiqatların nəticələrinə görə hesabat hazırlanıb.

Layihənin nəticələrinin müzakirəsinə həsr olunmuş yekun konfrans 17 yanvar 2007-ci il tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti