...

Ukrayna müəssisəsi Bakıda avtomobil kranı istehsalını yoluna qoymaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 19:03 (UTC +04:00)

2007-ci ildə Ukraynanın iri avtomobil kranı istehsalıçısı -Draqobıç Avtomobil kranı zavodu Azərbaycanda kranların yığılmasına başlamaq niyyətindədir.

Zavod "Bakı fəhləsi" zavodu ilə birgə bu ölkədə kranların yığılması üçün birgə müəssisə yaratmaq istəyir.

Müəssisə Droqobıçda 550 kran və Azərbaycanda 50 kran buraxmaq istəyir. Zavod burada kranların yığılmasına 2007-ci ildə başlayacaq.

Müəssisə istehsal həcmini reallaşma həcminin artımı hesabına böyütmək istəyir. Zavod istehsalı 29,3% və ya 2006-cı illə müqayisədə 136 krandan 600 kranadək artırmaq istəyir. 2006-cı ildə zavod istehsalı 32,2% və ya 2005-ci ilə nisbətən 113 krandan 464 kranadək artırıb. Zavod Ukraynada öz məhsulunun 60%-ni satır, qalanını isə ixrac edir. Zavodun layihə gücü ildə 3000 krandır, amma indi o, ildə 900 kran buraxa bilir.

2005-ci ilin nəticələrinə görə, Açıq tipli səhmdar cəmiyyət olan zavodun səhmlərinin 27,92%-i "Unikum" şirkətinə aiddir, 25%-i "Ukraqromaş"ın, 21,21%-i "Starkom" maliyyə-sənaye şirkətinin, 12,5%i "Anklav" şirkətinin payıdır.

Xəbər lenti

Xəbər lenti