...

Azərbaycanın Dövlət komitəsi bələdiyyələrin dövlət əmlakının icarəyə verilməsində qanunsuzluqlara yol verdiyini aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2007 17:48 (UTC +04:00)

Azərbaycan Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi bu günə qədər təxminən 13 min dövlət müəssisəsi və onların filiallarına məxsus olan 105 min daşınmaz əmlak üzrə məlumatları Mərkəzi reyestrdə qeydiyyatdan keçirib. Trend Dövlət komitəsinin çərşənbə axşamı yaydığı məlumata istinadən xəbər verir ki, müəssisələr üzrə məlumatlar nazirlik, komitə, dövlət şirkətləri və müəssisələri tərəfindən reyestrə təqdim olunmuş məlumatların dəqiqləşdirilməsi və araşdırılmasından sonra daxil edilir.

Dövlət əmlakından səmərəli istifadəni və cari vəziyyəti araşdırmaq məqsədilə Dövlət komitəsi həmçinin əmlakın inventarlaşdırılması üzrə balans hesabatlarını və aktları öyrənir. Ötən dövrdə dövlət müəssisələrindən təxminən 4100 statistik hesabat qəbul olunub. Eyni zamanda 650 səhmdar cəmiyyət və 250 dövlət müəssisəsi tərəfindən inventarlaşdırma üzrə təqdim olunmuş aktlar və maliyyə hesabatları təhlil olunub. Məlumatda qeyd olunub ki, hesabatlarda əmlakın vəziyyəti üzrə pozuntu aşkar edilərsə, qanunvericiliyə əsasən tədbirlər görülür.

Dövlət komitəsi təxminən 120 səhmdar cəmiyyət və dövlət müəssisələrində dövlət əmlakından səmərəli istifadə və onun saxlanması mövzusunda monitorinq keçirib. Monitorinqlər həmçinin Dövlət komitəsinin icazəsi olmadan dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələr tərəfindən icarəyə verilməsi hallarının aşkar edilməsi üçün keçirilib. Nəticələrə görə, 150 müəssisə və obyektdə qanunsuz tikinti işlərinin dayandırılması üzrə tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti