...

2006-cı ildə Azərbaycan sənaye inkişafında rekord əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2007 16:43 (UTC +04:00)

Azərbaycan Dövlət Statistika Komitəsi, əvvəlki illərdə olduğu kimi, 2006-cı ildə ölkə sənayesinin dinamik inkişafının davam edəcəyini təsdiq edib.

Trend Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2006-cı ildə Azərbaycanda sənaye istehsalının həcmi 14,4 mlrd. manat təşkil edib, bu isə 2005-ci ilin həcmini 36,6% ötür. Və bu, ölkədə sənaye inkişafı tarixi ərzində ən yüksək nailiyyətdir.

Son dörd il ərzində sənayenin real artımı 2 dəfədən çox təşkil edib (orta illik nisbi artım - 19,6%), bu isə Azərbaycanın dünya təcrübəsində ən yüksək göstəricələrə malik ölkələr arasında yer tutmasına imkan verib.

Sənayedə artım maşın və avadanlıq istehsalında - 56,4%, hasilat sənayesində - 44,7%, mebel istehsalında - 21,3%, elektrik və elektron avadanlıq istehsalında - 20,6%, kimya sənayesində - 14,9%, metallurgiya və metaldan hazır məmulat istehsalında - 9,1%, ərzaq məhsullarının istehsalında - 4%, neft məhsullarının istehsalında - 2,3% və s. müşahidə olunub.

Sənaye istehsalında 95,5% malların payına, 4,5% -xidmətlərin payına düşür. 2006-cı ildə qeyri-dövlət sektorunun payı ümumi sənaye istehsalının 76,7%-ni təşkil edib. Qeyri-dövlət sektorda artım, dövlət sənayesində 3,9%-lə müqayisədə, 51% səviyyəsində olub.

Hesabat dövründə sənaye müəssisələrində işləyənlərin sayı 164 300 nəfərə çatıb və 2005-ci illə müqayisədə 5,7% artıb, özəl müəssisələrdə isə artım 14,4% təşkil edib.

Muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 25,6% artaraq, 266 manat, hasilat sahəsində - 644 manat (31,1% artaraq), emal sənayesində - 142 manat (22,5%), istehsal və elektrik enerjisi, qaz və suyun paylaşdırılması sahəsində - 145 manat (24,4%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti