...

Bakı Fond Birjası "investorlar üçün hüquq məsləhətxanası" kampaniyasını davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2007 15:35 (UTC +04:00)

Bakı Fond Birjası "Azərbaycan biznesinə çağırış kimi korporasiya idarəetməsi layihəsi çərçivəsində "İnvestorlar üçün hüquq məsləhətxanası" kompaniyasının davam etdiyi barədə elan edib.

Trend in Bakı Fond Birjasının cümə axşamı yayılan press-relizinə istinadən verdiyi xəbərə görə, kompaniya Transparency International Azerbaijan ilə birgə keçirilir və Qlobal imkanlar fondu və Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşir.

Kampaniyada iştirak etmək üçün Azərbaycanda işləyən şirkətlərin qiymətli kağızlarının sahibləri olan şəxslər, həmçinin ölkənin fond bazarında qiymətli kağızlar almaq niyyətində olanlar müraciət edə bilərlər.

Bütün suallara Azərbaycan prezidenti yanında qiymətli kağızlar üzrə Dövlət Komitəsinin və BFB-nın peşəkar hüquqşünaslar və ekspertləri cavab verə bilərlər.

Arzu edənlər bu elektron ünvana [email protected] və ya 4937793 faksına müraciət edə bilər. Bununla belə Ad, familiyyə, ata adı, vəzifə (hüquqi şəxslər üçün) və əlaqə məlumatları mütləq göstərmək lazımdır.

Suallar 2007-ci ilin 1 sentyabrınadək göndərilə bilər. Beş iş günü ərzində sual alınarsa (detalların analizinin vacibliyi təqdirində müddət dəyişilə bilər) cavablar təqdim oluna bilər.

Əlaqələndirici şəxs layihənin koordinatoru Çingiz Əsədovdur, onunla bu telefonla əlaqə saxlamaq olar- 4932570

Xəbər lenti

Xəbər lenti