...

İslam İnkişaf Bankı 2007-ci il üçün Azərbaycanda maliyyələşmənin həcmlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 14:11 (UTC +04:00)

İslam İnkişaf Bankının (İİB) icraçı direktorları şurasının 242-ci sessiyasında layihə və ticarət əməliyyatlarının realizəsi üçün 446,3 mln. dollar vəsait ayrılması barədə qərar qəbul edilib. İİB-nin məlumatına istinadən Trend bildirir ki, ayrılan vəsait hesabına 11 ölkədə (Azərbaycan, Nigeriya, Sineqal və b.) yeni inkişaf edən layihələr bank tərəfindən maliyyələşdiriləcək.

İİB prezidenti Əhməd Məhəmməd Əli bildirib ki, Şura sessiyada bankın üzv-ölkələrində infrastruktur layihələrin dəstəklənməsi üçün regional infrastruktur fondların yaradılması üzrə planlar da daxil olmaqla müxtəlif məsələləri müzakirə edib.

Bankdan verilən məlumatda deyilir ki, 80 mln. dollar Azərbaycana Mingəçevir HES-in yenidən qurulmasının ikinci fazası üçün lizinq maliyyələşdirilməsi layihəsinin inkişaf etdirilməsi məqsədilə ayrılacaq.

Daha 93,6 mln. dollar layihələrin inkişaf etdirilməsi üçün beş ölkəyə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti