...

Azərbaycan bitkilərin genetik resursları üzrə Koordinasiya Komitəsinin iclasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 18:49 (UTC +04:00)

Azərbaycan bitkilərin genetik resursları üzrə Koordinasiya Komitəsinin Daşkənddə keçirilən iclasında iştirak edir. Cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin elmi aqrar mərkəzindən Trend ə verilən xəbərə görə, tədbirdə genetik resurslar institutunun direktoru Zeynal Əkbərov və İnstitutun məlumat bazasının rəhbəri Afiq Məmmədov iştirak edəcək.

Komitəyə Mərkəzi Asiyanın və Qafqazın ölkələri daxildir. Tədbirdə müzakirə predmeti sərfəli texnologiyalarının tətbiqi perspektivi və imkanları, toxumçuluqda tədqiqatlar, və torpağın məhsuldarlığının artırılması olacaq.

Gündəlikdə olan digər məsələlər ərzaq və ümumilikdə kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətlilik baxımından genetik resursların qorunma bölgə strategiyasının, bitkilərin genetik resurslarının istifadəsi bölgə strategiyası layihəsinin müzakirəsidir.

İclas öz işini yanvarın 20-də bitirəcək.

Xəbər lenti

Xəbər lenti