...

Azərbaycanın Vergilər Nazirliyində sahibkarlıq fəaliyyəti ilə məşğul olan 243 mindən yuxarı fiziki şəxs qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 15:26 (UTC +04:00)

Vergilər Nazirliyinin məlumatına əsasən, 2007-ci il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 243 473 fiziki şəxs vergi orqanlarında qeydiyyatdadır.

Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, onların sayının artımının sürətlənməsi ölkədəki infrastruktur islahatları ilə, yeni iqtisadi əlaqələrin formalaşması ilə izah olunur.

Onların böyük bir hissəsi (qeydiyyatda olanların ümumi sayının 119 883 və ya 49,2% -i) topdan və pərakəndə ticarət sahəsində , avtomobil tğəmiri, məişət və şəxsi məmulatlarının hazırlanması ilə məçşğuldur.

Kənd təsərrüfatı ilə 23 185 sahibkar (9,5%),nəqliyyat və rabitə sahəsində - 43 503 (17,9%), sənaye hasilatı və emalın ilə - 8 153 (3,4%), mehmanxana və restoran biznesi ilə 10 103 sahibkar (4,2%), maliyyə fəaliyyəti ilə - 486 (0,2%) və s.

Vergi orqanlarında qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin böyük bir hissəsi paytaxtda fəaliyyət göstərir. Onların sayı 83 221 (34,2%). Xüsusi çəkisi yuxarı olan (20,5%) və işgüzar fəallığı yuxarı olan iqtisadi rayonlar Aran rayonudur. Onların ardınca Gəncə-Qazax iqtisadi rayonu (11%), Lənkəran (6,8%), Quba-Xaçmaz (6,5%), Şəki-Zaqatala iqtisadi rayonu (6,1%) və başqaları var..

Xəbər lenti

Xəbər lenti