...

Azərbaycan mikromaliyyələşdirmə bankı nizamnamə kapitalının elan olunmuş səviyyəyə qədər ödənilməsi müddətinin uzadılmasını xahiş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 19:14 (UTC +04:00)

Azərbaycan mikromaliyyələşdirmə bankı ölkə prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsinə bankın nizamnamə kapitalının elan olunmuş səviyyəyə qədər ödənilməsi müddətinin 1 sentyabr 2007-ci il tarixinə qədər uzadılması xahişi ilə müraciət edib.

Bazar ertəsi bankdan Trend ə verilən məlumata görə, səhmdarların baş assambleyasının dekabr ayında qəbul etdikləri qərarına əsasən, yanvarın 20-dək AMMB-nin nizamnamə kapitalının 11 mln. AZN-ə qədər artırılması planlaşdırılırdı.

Bankda qeyd ediblər ki, ödəniş müddətinin sentyabr ayına qədər uzadılmasının təklif olunmasına baxmayaraq, real olaraq bu prosesin yaxın vaxtlarda tamamlanması planlaşdırılır. Yeni kapital həm fəaliyyətdə olan səhmdarlar, həm də cəlb olunmuş yeni, altıncı səhmdar - Access Microfinance Holding kommersiya mikromaliyyələşdirmə holdinq şirkəti hesabına formalaşacaq.

Access şirkətinin səhmdar payı 9,95 % təşkil edəcək, şirkət buna görə 1,095 mln. manat ödəyəcək. Bu zaman digər səhmdarların pay iştirakında nisbət də həmçinin dəyişikliklərə məruz qalacaq. 6713,370 min manat məbləğində əvvəlki kapital zamanı Almaniyanın KFW inkişaf bankının payına - 24,96% (1069,108 min manat), LfC şirkətinin payına - 5,69% (560 min manat), Qara dəniz ticarət və inkişaf bankı və Beynəlxalq maliyyə korporasiyasının payına - 25,55% (1715,095 min manat), AYİB-in payına isə - 18,7% (1225,097 min manat) düşüb.

Kapital artdıqdan sonra KFW inkişaf bankının payı 24,95% (bu zaman kapitalın formalaşmasında iştirak 2 745 min manat səviyyəsində olacaq), LfC şirkətinin payı - 5,09%-ə qədər (779 min manat), QTİB və BMK-nın payı - 20% (2200 min manat) azalacaq, AYİB-in payı isə - 20%-ə qədər (2200 min manat) artacaq.

Access Microfinance Holding 2006-cı ilin avqust ayında Berlində təsis olunub. Bu, səhmdarları Almaniyanın KFW inkişaf bankı, AYİB, Beynəlxalq maliyyə korporasiyası və Omidyar Tufts Microfinance Fund olan cəmiyyətdir. Access Microfinance Holding şirkətinin nizamnamə kapitalı 18 mln. avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti