...

Avropa bankı Direktorlar Şurası Azərbaycan dəmir yolu üçün kredit ayrılması məsələsinin baxılmasını yenə təxirə saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 17:24 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurası Azərbaycan Dövlət Dəmir Yolu üçün ehtiyat hissələrin alınması və Biləcəri və Böyük Şor deposunda lokomotivlərə xidmət göstərilməsi məqsədilə baza yaradılması üçün kredit razılaşmasına baxılmasını yenə təxirə salıb. Razılaşmya baxılma 2007-ci ilin 20 mart tarixindən 15 may tarixinə keçirilib. Trend xəbər verir ki, bu barədə AYİB-in məlumatında göstərilib.

Layihənin hazırlanması üzrə işlər Britaniyanın "Trust Fund" şirkəti tərəfindən 49,95 min avro həcmində maliyyələşdirilir. Bundan öncə Azərbaycan hökuməti AYİB krediti hesabına lokomotivlərin alınmasının maliyyələşdirilməsindən imtina etmişdi.

50 mln. dollar həcmində kreditin 27 mln. dolları lokomotivlərin alınması üçıün nəzərdə tutulmuşdu, 23 mln. dollar məbləğində ikinci hissə isə Biləcəri və Böyük Şor depolarında lokomotivlərə xidmət göstərilməsi üçün bazalar yaradılması və ADDY üçün ehtiyat hissələr alınması məqsədilə nəzərdə tutulmuşdu.

Birinci komponentin çıxmasına ramən Azərbaycan Avropa bankından 30 mln. dollar həcmində kredit almağı düşünür, ikinci komponentdəki bahalaşma qiymətlərin, xüsusən tikinti materiallarının qiymətlərinin bahalaşması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti