...

Dövlət Statistika Komitəsi 2006-cı ildə Azərbaycanda tikinti sektorunun artdığını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 18:27 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda 1,9 mlrd. manat məbləğində tikinti işləri həyata keçirilib, bu isə 2005-ci ildən 31% çoxdur. Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, tikinti sektorunda göstərilən xidmətlərin ümumi həcmindən dövlət müəssisələri tərəfindən 404,9 mln. manat, özəl müəssisələr tərəfindən 1,57 mlrd. manat məbləğində işlər həyata keçirilib.

Tikinti işlərinin ümumi həcmində 79% və ya 1,56 mlrd. manat yeni tikililərin, bərpa və genişlənmənin payına, 11,7% və ya 230,4 mln. manat - əsaslı təmir, 4,6% və ya 91,6 mln. manat - cari təmir, 4,7% və ya 93,6 mln. manat - digər tikinti işlərinin payına düşüb.

2006-cı ilin 11 ayı ərzində tikinti sahəsində işəlyən şəxslərin nominal orta aylıq əmək haqqı 301,3 manat təşkil edib, bu isə 2005-ci ilin həmin dövründən 19,8% çoxdur.

Xəbər lenti

Xəbər lenti