...

AİB-nin adi resurslar üzrə kredit faizi yumşaldılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 19:39 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) bankın qeyri-konsesion istiqrazları üzrə maliyyələşmə şərtlərini yumşaldıb. Bankın Bakı təmsilçiliyindən Trend ə verilən xəbərə görə, AİB kreditləri üzrə baza faizi libor+0,6%-dir, 0,2% endirimlə o, libor+0,4%-ə salınacaq. Bu faizlər 2008-ci ilədək qüvvədə olacaq, lakin sonrakı illər də qorunması ehtimalı istisna olunmur.

1999-cu ildən Asiya bankı Azərbaycan üçün ümumi dəyəri$104 mln olan üç layihəyə icazə verib, lakin onların istifadəsinin ləng tempi qeyd olunur, bununla bağlı ölkə üçün güzəşt krediti verilməsi həcmi azaldıla bilər.AİB-nin güzəşt kreditləri 8 illik güzəşt dövrü dlə daxil olmaqla, güzəşt dövrü ərzində 1%-lə 32 ilə, amortizasiya dövrü ərzində 1,5 ilə verilir.

AİB hazırda Azərbaycan höküməti ilə yeni strategiya barədə danışıqlar prosesindədir, lakin onun qəbul olunması yeni Multitranche Financing Facility mexanizminin tətbiq olunması ilə bağlı olaraq ləngiyir.

Xəbər lenti

Xəbər lenti