...

Azərbaycan İspaniyada keçirilən turizm üzrə beynəlxalq sərgidə ilk dəfə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 12:13 (UTC +04:00)

Trend xəbər verir ki, yanvarın 31-də İspaniyada keçiriləcək beynəlxalq turizm sərgisində Azərbaycan nümayəndələri ilk dəfə iştirak edəcək. Sərgi beş gün sürəcək.

Sərgidə 13,19 min şirkəti təmsil edən 170 ölkədən olan nümayəndə, eləcə də 845 qeyri-kommersiya təşkilatı iştirak edəcək.

Sərgidə ilk dəfə olaraq Nigeriya və Zimbabve nümayəndələri də iştirak edəcək. Sərginin ilk 3 günü ictimaiyyət üçün qapalı olacaq, yalnız fevraın 3 və 4-də sərgi ictimaiyyət üçün açıq olacaq.

Xəbər lenti

Xəbər lenti