...

Azərbaycan Dövlət Gömrük Komitəsi 2006-cı ilin nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 14:12 (UTC +04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsi "Dövlət büdcəsi haqqında" Qanunla nəzərdə tutulan gömrük vergi və rüsumları üzrə proqnozları tam yerinə yetirib. Trend xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, 2006-cı ildə ümumi xarici ticarət həcmi 11,637,2 mln. dollar, ixracat - 6,372,1 mln. dollar, import - 5.265,1 mln. dollar təşkil edib.

Ümumi idxalatda 45,2% vergiqoyuluşları bazasının payına düşür.

Bundan başqa, 2006-cı ildə gömrükçülər tərəfindən ölkə büdcəsinə pronqonzlaşdırlan 505,4 mln. manata qarşı 515,9 mln. manat keçirilib. İllik layihə 102,1% yerinə yetirilib ki, 2005-ci illə müqayisədə 139,8 mln. manat, yaxud 37,2% çoxdur.

2007-ci ildə komitənin pul daxil olmalarının proqnozu 630 mln. manat həcmində müəyyən edilib ki, keçən illə müqayisədə 124,6 mln. manat, yaxud 24,6% çoxdur.

Xəbər lenti

Xəbər lenti