...

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar Naxçıvanda seminar-müşavirə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 15:04 (UTC +04:00)

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə əlaqədar Naxçıvanda seminar-müşavirə keçirilib. Trend in Naxçıvan Bürosunun məlumatına görə Naxçıvan MR Vergilər nazirliyində keçirilən tədbirdə vergi ödəyiciləri də iştirak edib.

Tədbirdə əsasən vegi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Vergi Məcəlləsinin 68-ci maddəsinə edilən əlavə və dəyişikliklərdən danışılıb.

Nazirliyin vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin rəisi Mirhüseyn Seyidov ölkənin pul vahidi olan manatın gücləndirilməsi ilə əlaqədar olaraq cari ildən etibarən Vergi Məcəlləsində mütləq olaraq manata keçilməsi barədə vergi ödəyicilərini məlumatlandırıb. Onun sözlərinə görə şərti maliyyə vahidi əks olunan müddəaların çox olması səbəbindən dəyişikliklərin də əsas hissəsini şərti maliyyə vahidinin manatla əvəz olunmasından ibarət dəyişikliklər təşkil edir.

Seminar-müşavirədə vergi ödəyicilərinin nəzərinə çatdırılıb ki, nəzarət kassa aparatları tətbiq edilməlidir və əks halda qanunda nəzərdə tutulmuş qaydada maliyyə sanksiyaları tətbiq ediləcək.

Tədbirin sonunda vergi ödəyicilərini maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti