...

ASK "Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında sahibkarların rolu" layihəsinin I mərhələsini başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 15:23 (UTC +04:00)

Milli Konfederasiyasının bu gün yaydığı məlumatına əsasən, Trend xəbər verir ki, Azərbaycan Sahibkarları Milli Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə (EMP) "Kənd təsərrüfatında uşaq əməyinin aradan qaldırılmasında sahibkarların rolu" layihəsinin I mərhələsini başa vurub. Layihənin əsas məqsədi pambıqçılıq sahəsində uşaq əməyinin aradan qaldırılmasında sahibkarların imkanlarını genişləndirməkdən ibarətdir.

2007-ci ildən etibarən ASK bu layihənin 2 mərhələsini reallaşdırmağa başlayıb. Layihənin əsas məqsədi çay və tütün yığılmasında uşaq əməyinin aradan qaldırılmasında sahibkarların roludur.

Fevralın 2-də bu layihənin təqdimatı keçiriləcək. Təqdimatda layihənin məqsədi və nəzərdə tutulmuş planlar təqdim olunacaq.

Layihənin ilkin planlarına çay və tütün plantasiyalarında tədqiqat işlərinin aparılması, sonra ASK-nın hesabatına əsaslanaraq lazımi tədbirlərin həyata keçirilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti