...

Gənclər və idman naziri: "İpoteka şərtlərini daha da asanlaşdırmaq artıq mənzilləri bağışlamaqdır ki, bu da mümkün deyil"

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 16:17 (UTC +04:00)

"Dünyanın heç bir ölkəsində ipoteka krediti Azərbaycandakı qədər aşağı faizlə və güzəştlə verilmir. Bundan da artıq güzəşt isə artıq mənzillərin bağışlanması deməkdir". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O, İpoteka kreditlərinin şərtlərinin yumşaldılması məsələsinə münasibətini bildirərkən qeyd edib ki, ən çox güzəştlər edən ölkə Azərbaycandır. Nazir əlavə edib ki, şərtləri daha da asanlaşdırmaq ancaq mənziləri pulsuz paylamaq olar, bu da mümkün deyil: "Çünki biz bazar iqtisadiyyatı olan ölkədə yaşayırıq".

A.Rəhimov onu da deyib ki, gənclər üçün evlərin tikilməsi Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid deyil və bunun üçün onun büdcəsində də vəsait nəzərdə tutulmayıb: "Sadəcə olaraq biz təklif etmişik ki gənclər üçün evlərin tikilməsini həyata keçirən inşaat şirkətləri bizimlə işləsin və nazirlik lazımi dəstəyi göstərə bilər. Məsələn, müvafiq sahələrin ayrılması, kommunikasiya xidmətləri və sair işlərdə köməklik edə bilərik".

Xəbər lenti

Xəbər lenti