...

2006-cı ildə Azərbaycanda sənaye istehsal sahəsində MDB dövlətləri arasında ən yüksək göstəricilər qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 20:27 (UTC +04:00)

2005-ci illə müqayisədə 2006-cı ildə Azərbaycanda sənaye istehsalı sahəsində 36,6% artım müşahidə olunub. MDB Statistika Komitəsinin məlumatlarına əsasən Trend məlumat verir ki, Birlik dövlətlərində 2006-cı ildə sənaye istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə orta hesabla 5% artıb.

Bununla yanaşı nisbətən yüksək temp Azərbaycanla yanaşı həmçinin Belarusun sənayesində - 11,3%, Qazaxıstanda - 7%, Ukraynada - 6,2%, Tacikistanda - 4,9%, Rusiyada -3,9; müşahidə olunub.Özbəkistanda 2006-cı ilin yanvar-sentyabr üçün məlumat göstərilib (10,2% artım).

Sənaye məhsullarının istehsalının enməsi Qırğızıstanda - 10,2%, Moldovada-6,9%, Ermənistanda - 0,9% təşkil edib. Gürcüstan və Türkmənistan üzrə məlumat göstərilən dövrdə verilməyib.

Xəbər lenti

Xəbər lenti