...

Azərbaycanın Nəqliyyat Nazirliyi və DB dəmir yolunun yenidən təşkili konsepsiyasını müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 14:32 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi 2007-ci il fevral ayının sonunadək Dünya bankını Azərbaycan dövlət dəmir yolunun yenidən təşkili variantlarından birinin qəti seçimi haqqında məlumatlandırmaq niyyətindədir.

Nazirlikdən Trend ə verilən xəbərə görə, DB dəmir yolu ilə tranzit və ticarətə yardım layihəsi çərçivəsində konsepsiyanı Azərbaycan hökumətinə təqdim edib.

Orada iki variant nəzərdə tutulub: birinci variantda dizellə işləyən lokomotivlərin alınması nəzərdə tutulub. İkincidə - dəyişən cərəyanla elektrik lokomotivləri təklif olunub, bu isə Azərbaycan tərəfindən dəstəklənir.

Ölkə hökumətinin niyyətinə Azərbaycan dəmir yollarının sürətinin artırılmasının daxil olduğunu nəzərə alaraq, birinci variant səmərəli hesab olunur.

Variantlardan asılı olaraq investisiyaların həcmi də həmçinin dəyişir. Birinci variant təxminən 600 mln. ABŞ dolları, ikinci - 760 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Lokomotivlərin alınmasından başqa, layihədə bütövlükdə dəmir yolunun yenidən qurulması, strukturun yenidən formalaşması nəzərdə tutulub.

Nəqliyyat Nazirliyinin nümayəndələrinin fikrincə, layihənin maliyyələşdirilməsi beynəlxalq maliyyə institutlarının, dövlət büdcəsi vəsaitlərindən başqa ADDY-nin öz vəsaitlərinin də işə salınması ilə kombinasiya edilə bilər.

DB-nin Azərbaycan hökuməti ilə tərəfdaşlıq strategiyasına əsasən (2007-10-cu illər) dəmir yolu ilə tranzit və ticarətə yardım layihəsinə 80 mln. ABŞ dollarının ayrılması planlaşdırılır, lakin bankda kreditin məbləğinin artırılması ehtimalı istisna olunmur, belə ki, BYİB-in vəsaitləri məhdudlaşdırılmayıb.

Bu layihə üzrə diskussiyalar bu gün ölkəni tərk edəcək layihə qrupunun rəhbəri və nəqliyyat üzrə baş mütəxəssis Cerald Olivyenin başçısılığı ilə DB missiyası ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti