...

Azərbaycanda "quş qripinin" qarşısının alınması üzrə üçüncü monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2007 12:32 (UTC +04:00)

Azərbaycanda bazar ertəsi səhər başlayan monitorinq zamanı "quş qripi" virusu ilə bağlı vəziyyət növbəti dəfə araşdırılacaq. Bu barədə Trend Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinə istinadən xəbər verir.

2007-ci ilin üçüncü monitorinqi dövlət xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirliklərinin, Ovçular cəmiyyətinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Monitorinq fevralın 16-da başa çatacaq.

Krasnodar vilayətində və Türkiyədə H5 virusu aşkar olunduğundan, Azərbaycanda həmin yerlərdən heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub.

Azərbaycan quşçuluq məhsullarını ABŞ, Kanada, qismən də Braziliyadan alır.

Xəbər lenti

Xəbər lenti