...

AZAL sərnişindaşımada Rusiya texnikasının istifadəsindən imtina etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 18:21 (UTC +04:00)

AZAL dövlət konserni sərnişin daşınmasında SSSİ və Rusiya istehsalı olan təyyarələri istifadədən tamamilə çıxarmaq imkanının nəzərdən keçirir. Bu barədə Trend ə dövlət konsernindən məlumat verilib.

Bu "Tu" markalı təyyarələrə aiddir. Hazırda bu markalı təyyarədən 2-3-ü istifadə olunur. Onlarla regionlara - Naxçıvan və Gəncəyə, MDB-nin bəzi istiqamətlərində, həmçinin Kabula reyslər həyata keçirilir.

Onlar dövlət konserninin Fransanın ATR istehsalçısından əldə edəcəyi təyyarələrlə əvəz olunacaq. AZAL ATR markalı təyyarə istehsal edən fransız aviaistehsalçı müəssisəsində ATR-42-500S markalı 2 təyyarə və ATR-72-500S markalı təyyarənin alınması ilə bağlı sifariş yerləşdirib. Müqavilənin ümumi dəyəri təxminən 97,2 milyon dollardır.

Bu təyyarələrin gətirilməsinə bu ilin avqust ayında başlanacaq. 2007-ci ildə Azərbaycan iki, 2008-ci ildə dörd fransız təyyarəsi əldə edəcək.

Xəbər lenti

Xəbər lenti