...

Xalq Sıgorta sığorta şirkəti 2006-cı il üçün fəaliyyət yekununu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 17:29 (UTC +04:00)

Xalq Sıgorta sığorta şirkəti 2006-cı il fəaliyyətinin hesabatını aparıb. Şirkətin məlumatına istinadən Trend xəbər verir ki, 2006-cı ildə əldə olunmuş sığorta haqlarının məbləği 4015, 970 AZN təşkil edib. Sığorta ödəmələrinin ümumi məbləği 288,756 AZN təşkil edib.

Nisbətən böyük sığorta haqları həcmi bu dövr ərzində sığortalanmanın könüllü növündən olan daxilolmaların payına düşüb. Böyük ödəmə aşağıdakı sığortalma növləri üzrə həyata keçirilib: KASKO, tibbi və turist sığortası.

Xalq Sıgorta 2005-ci ildə yaradılıb. Şirkətin nizamnamə fondu 2 milyon AZN təşkil edir. Xalq Sığorta nizamnamə kapitalının ölçüsünə görə, Azərbaycanan ən aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Bu gün şirkət müştərilərinə 20 əsas sığorta növü təklif edir.

Xalq Sıgorta həmçinin Azərbaycan İpoteka Fondunun səlahiyyətli agentidir.

Xəbər lenti

Xəbər lenti