...

Moskvada MDB qiymətli kağızlar bazarının prinsipləri müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2007 13:23 (UTC +04:00)

Trend xəbər verir ki, fevralın 21-də Moskvada MDB qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə dövlət orqanları rəhbərləri Şurasının iclası keçiriləcək.

Görüşdə MDB qiymətli kağızlar bazarının hazırkı vəziyyəti və peşəkar qiymətli kağızlar bazarı iştirakçılarının birlik dövlətlərinin milli bazarlarına buraxılması prinsipləri müzakirə ediləcək.

Həmçinin Şuranın 2007-2008-ci illər üçün iş planının hazırlanması da nəzərdə tutulur.

Görüşdə MDB dövlətləri qanunvericiliklərinin müqayisəli təhlili təqdim ediləcək. Bu təhlil qiymətli kağızlar emitentərinin fəaliyyəti haqqında informasiyanın açılmasını, eləcə də broker, diler fəaliyyətini və qiymətli kağızlara dair hüquqların uçotu üzrə fəaliyyəti tənzimləyir.

Xəbər lenti

Xəbər lenti