...

Bank Respublika Xpress Money- ə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ. Xəlilova/ Bank Respublika əhaliyə göstərilən təcili pul köçürmə xidmətlərini genişləndirmək məqsədilə Xpress Money təcili köçürmələr sisteminə qoşulma prosesinə yekunlaşdırıb. Bankın məlumatında bildirilb Ki, Bank Respublika müxtəlif pul köçürmə sistemləri - Western Union, Contact, Migom, Bıstraya Poçta, Travelex, PrivatMoney və Xpress Money vasitəsi ilə əhaliyə təcili pul köçürmə xidmətləri göstərir. Hazırda Bank Respublika vasitəsi ilə pul köçürmələri dünyanın 200-dən çox ölkəsini əhatə edir.

Bank Respublika vasitəsi ilə pul köçürmələri 1 - 15 dəqiqə ərzində həyata keçirilir. Köçürmə üçünn komissiya 2%-dən başlayır. Köçürmənin alınması üçün komissiya tələb olunmur. Məlumatda bildirilir ki, köçürülən pul etibarlı müdafiə sistemi ilə qorunur

Pul köçürmə xidmətlərini Bakı, Gəncə, Sumqayıt, Quba, Xaçmaz, Lənkəran, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində Bank Respublika-nın 12 filial və 6 şöbəsi göstərir. Həmçinin Bakıda fəaliyyət göstərən Ofis24 həftənin bütün günləri 24 saat fasiləsiz pul köçürmə xidmətləri də göstərir.

Xəbər lenti

Xəbər lenti