...

Nazir: Azərbaycan avrobondlar buraxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2007 16:44 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti ölkə iqtisadiyyatındakı real vəziyyətdən və daha əlverişli şərtlərdən çıxış edərək xarici alınmaları xarici bazarlarda avrobond kapitalının yerləşdirməsi yolu ilə cəlb etmək niyyətindədir. Bu barədə bu gün iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Beynəlxalq bazarlara debüt avrobondların buraxılması üçün biz daha əlverişli reytinqin əldə edilməsini gözləyirdik (ölkəyə BB+ səviyyədə reytinq verilib). Bu günə qədər ölkə avrobondlar buraxmaqla pul borc almırdı, belə ki, buna bir çox səbəblər var idi. Bununla yanaşı, hesab edirik ki, reytinqimizə əsasən borc almayacayıq, çünki reytinqə bir çox amillər təsir edir, həmçinin respublikanın ərazi bütövlüyünün bərpa olunması, iqtisadiyyatda böyük hissəsinin neft-qaz sahəsinə aid olması. Buna görə də biz Azərbaycanın real iqtisadi vəziyyətinə əsasən cəlb etməyə başlaycayıq", deyə nazir bildirib.

Maliyyə naziri Samir Şərifovun məlumatına əsasən, 2007-ci ildə debüt avro istiqraz vərəqələrinin buraxılmasına hazırlıq gedir və bu yaxınlarda buraxılışın təşkil edilməsi üçün tender elan olunacaq. İlk buraxılışın 250-300 milyon həcmində olması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti