...

Gəncə şəhər Qaz İstismarı İdarəsinin 7 əməkdaşı barədə toplanan faktlar prokrorluğa təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Qaz İstismarı İdarəsinin 7 əməkdaşı barədə toplanan faktlar prokurorluğa təqdim edilib. Bu barədə Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəisi Adil Bağırov məlumat verib.

Müsahib bildirib ki, sözügedən işçilər abonontlərdən qaz pullarını alıb, ancaq onların əvəzində qəbz verməyiblər. Və onlar dövlət vəsaitinin mənimsənilməsində təqsirli bilinərək işdən azad olunublar. Həmçinin onlar haqqında faktlar toplanaraq, şəhər prokurorluğuna göndərilib.

Rəis həmçinin onu da qeyd edib ki, idarə ümumilikdə 59 faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Faktlardan 16-sı Gəncə və Samux rayon prokrorluğuna, 35-i məhkəmələrə, 8-i isə polis şöbələrinə verilib.

Müsahibin sözlərinə görə, yanvar-fevral aylarında aparılan reydlər zamanı 52 sayğaca qanunsuz müdaxilə halları aşkarlanıb. Onlardan 27-si əhali arasında, 25-i isə sənaye sektorunda müəyyən edilib. Faktlardan 35-i barədə rayon məhkəmələrinə, 9-u prokurorluq orqanlarına, 8 faktla bağlı sənədlər isə polis idarəsinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti