...

Bərdədə işıqforların olmaması avtomobil yollarında böyük tıxaclar əmələ gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 19:46 (UTC +04:00)

Azərbaycan, Bərdə/müxbir Trend Ş.Cəliloğlu/Bərdə rayonunda son 7-8 ayda avtomobillərin sayı 40-50 faiz çoxalıb. Bu isə rayon daxilində hərəkət edən avtomobillərin gediş-gəlişində problemlər yaradır. Problemlər ən başlıcası isə rayonun mərkəzində işıqforların cəmi iki yerdə olmasıdır, deyən rayon əhalisi bunun böyük tıxaclar əmələ gətirdiyini deyir. Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisinin rəisi Elçin Əliyev avtomobillərin gediş-gəlişində böyük növbələrin yaranmasının səbəbini işıqforların olmamasında yox, daxili avtomobil yollarının ensiz olması, avtomobillərin sayının çox olması və sürücülərin yol-hərəkət qaydalarını pozması ilə əlaqədar olduğunu bildirib. E.Əliyev onu da qeyd edib ki, tıxacların yaranması ən çox şənbə və bazar günləri olur. Çünki Bərdə bazarına qonşu rayonlardan məhz həmin gün çox avtomobil daxil olur. Bununla əlaqədar Rayon Dövlət Yol Polis İdarəsi gücləndirilmiş iş rejimində işləyir. Bərdə Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı əsasında rayonun mərkəzinə Avropa standartlarına uyğun işıqforlar alınıb, quraşdırılacaq.

Xəbər lenti

Xəbər lenti