...

Bakı Metropoliteni "Nəsimi" stansiyasına eskalator alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Bakı Metropoliteni şimal hissədə tikilən "Nəsimi" stansiyasında iki tunel eskalatorunun alınması, quraşdırılması və istifadəyə verilməsi üçün tender elan edib. Bu barədə məlumat Metropolitendən verilib.

Tenderin nəticələri müəyyənləşdirilərkən təcrübəli, layihəni daha qısa müddətdə, keyfiyyətli və ucuz həyata keçirə biləcək namizədlərə üstünlük veriləcək.

Tenderdə iştirak üçün ödəniş və sənədlər aprelin 10-na qədər, təkliflər və bank zəmanəti isə 18 aprel tarixinə qədər təqdim edilməlidir. Təklif zərfləri aprelin 19-da açılacaq.

Xəbər lenti

Xəbər lenti