...

"Azərbaycanın meliorasiya və su təsərrüfatı" ASC Vəlvələçay-Taxtakörpü kanalının tikintisini qiymətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 14:47 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/"Azərbaycanın meliorasiya və su təsərrüfatı" ASC Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsinin ilkin qiymətləndirilməsində iştirak etmək qərarını verib. Bu barədə ASC-dən məlumat verilib.

Vəlvələçay-Taxtakörpü kanalının tikintisi Samur-Abşeron kanalının 50-ci kilometrliyindən başlaycaq və Dəvəçi rayonunda Taxtakörpü anbarına qədər uzanacaq. Kanalın ötürücülük qabiliyyəti 75 kub metr/san səviyyəsində nəzərdə tutulub. Tikintini 3 il müddətinə başa çatdırılması planlaşdırılıb.

İştirakda maraqlı olanlar 400 manat ödəməli və təklfilərini martın 27-dək təqdim edə bilər. Layihə Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, OPEC Beynəlxalq İnkişaf Fondu və Azərbaycan hökumətinin kreditləri hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti