...

AIF ümumi dəyəri 13 mln manatdan çox olan 447 kredit verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ 2006-cı ilin mart ayından başlayaraq cari il martın 9-na qədər Azərbaycan İpoteka Fondu 13 mln. 200 min manat dəyərində 447 kredit verib. Cümə günü Fonddan verilən məlumata görə isə, ümumi dəyəri 2 600 000 manat olan 121 kredit yenidən maliyyələşdirilib.

Fond kreditlərini 23 müvəkkil bank vasitəsilə verir. 2006-cı ilin dövlət büdcəsindən AİF üçün 26 mln., cari ilin dövlət büdcəsindən isə 20 mln. manat ayrılıb.

Xəbər lenti

Xəbər lenti