...

Azərbaycanın Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat sisteminin inkişafı strategiyası üzərində işi başa çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 11:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın Nəqliyyat Nazirliyi 2006-2015-ci illər üçün təqdim olunmuş "Azərbaycan Respublikasının nəqliyyat sisteminin inkişafı strategiyası" layihəsinə nazirlik və idarələrin təklif və rəylərinin ümumləşdirilməsi işini aparır. Bu prosesin başa çatdırılmasından sonra təsdiq olunmağa təqdim olunacaq. Bu barədə nazirliyin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov məlumat verib.

Nazirlik həmçinin "2006-2015-ci illər üçün Azərbaycanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və nəqliyyat sisteminin inkişafı üzrə Dövlət Proqramı" layihəsinə hazırlığı başa çatdırıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edib. Bu proqram artıq respublikanın nazirlik və idarələrində təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti