...

UNİCEF 2009-cu ilə qədər Azərbaycanda layihələrin maliyyələşdirilmə həcmini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 15:51 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/BMT-nin uşaq fondu (UNİCEF) beş il ərzində Azərbaycanda layihələrin reallaşdırılması üçün 9,725 milyon dollar ayırmağı planlaşdırır. Bu barədə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. Bu vəsaitlər ölkə üzrə 2005-09-cu illər üçün hesablanmış fəaliyyət planı çərçivəsində nəzərdə tutulub.

Fəaliyyət planı iki istiqamətdə həyata keçiriləcək. Birinci istiqamət siyasət sahəsində xidmətlər, planlaşdırma, təbliğat və təşviqatı, ikincisi isə ictimai inteqrativ xidmətləri əhatə edir. Bu istiqamətlər çərçivəsində uşaqların müdafiəsi, gənclərin sağlamlığı, təhsil, səhiyyə sahəsində layihələrin həyata keçirilməsi planlaşdırılır.

UNİCEF 1993-cü ildən etibarən Azərbaycanda işləyir. Bu vaxta qədər bu təşkilatın dəstəyi ilə "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar", "Fəal təlim", "Körpələrə qayğı və körpələrin inkişafı", "Gənclərin sağlamlığı və inkişafı", "Səhiyyədə ilkin islahatlar", "Ana və uşaqların sağlamlığına qayğı", "Demoqrafiya və səhiyyə üzrə sorğu" pilot layihələri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti