...

BFB-yə üzvlük haqları qaldırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Bakı Fond Birjası (BFB) üzvlük haqlarının (hazırda 60 min manat) artırılması məsələsinə baxır. Bu barədə birjanın Müşahidə Şurasının sədri Eldar Qəribov məlumat verib.

"Söhbət birja sistemində üzvlük yerinə görə ödəmələrin artırılmasından gedir", - deyə Qəribov bildirib.

Onun sözlərinə görə, bu məsələ 2007-ci ildə müzakirə predmeti olacaq.

Üzvlük haqlarının qaldırılması xarici qurumlar, yerli şirkətlər tərəfindən daxil olan çoxsaylı müraciətlər, güclü maraq və üzv olmaq istəyi ilə bağlıdır.

"Hesab edirəm ki, hazırda fonda qarşı güclü maraq olmasından istifadə edərək gələcək inkişaf üçün əlavə vasitələr cəlb etmək olar. Nizamnamə kapitalının artırılmasına isə hələlik ehtiyac yoxdur",-deyə müşahidə şurasının sədri bildirib.

Fondun Nizamnamə kapitalı 18 səhmdar tərəfindən 5,4 mlrd. AZM (1,080 mln. AZN) məbləğində formalaşdrırlıb.

Qəribov 2007-ci ildə də ötən illərdə olduğu kimi dövlət qiymətli kağızlarının buraxılışı hesabına birja dövriyyəsinin artacağına ümid etdiyini bildirib. Eyni zamanda qiymətli kağızların korporativ bazarının da artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti