...

Türkiyə səfiri: 2007-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 14:28 (UTC +04:00)
Türkiyə səfiri: 2007-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması planlaşdırılır

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması planlaşdırılır. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu məlumat verib.

O bildirib ki, son bir ildə türk şirkətlərinin, iş adamlarının Azərbaycana sərmayə yatırımında artım yoxdur: "Çünki Türkiyə özü də sərmayə yatırımı üçün çox əlverişli ölkə olub. Ona görə yerli sərmayədarlar daha asan yolla pul qazanmaq üçün xaricə getməkdənsə, öz ölkələrində sərmayə qoymağa üstünlük verirlər"-deyə səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti