...

Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi"nin olmadığını bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2007 14:54 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti Azərbaycanda "quş qripi"nin olmadığını bəyan edib

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 2007-ci ildə keçirilmiş dördüncü monitorinqin nəticələrini elan edib.

Dövlət Xidmətinin rəisi İsmayıl Həsənovun bu günkü mətbuat konfransında verdiyi məlumata əsasən, 5-9 mart tarixində aparılmış monitorinq zamanı ev və vəhşi quşların qan nümunələri və patoloji nümunələri müayinə olunub. Müayinə "quş qripi" virusunun əlamətlərini aşkar etməyib.

2006-cı ilin avqustundan aparılmış monitorinlərdə 20 mindən çox ev və vəhşi quşun patoloji materialları müayinə olunub.

Monitorinq Dövlət Xidməti, Ekologiya, Səhiyə nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milil Elmlər Akademiyasının mütəxəssisləindən ibarət komissiya tərəfindən aparılıb. Monitorinq köçəri quşların müvəqqəti yaşadığı ehtimal olunan yerlərdə - Pirallahı adası, Abşeron yarımadası, milli parkların ərazisi, Xəzərin sahil xətti boyu sahələrdə aparılıb.

Bu gün bütün sərhəd baytarlıq xidmətləri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsinə olan qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti