...

Royal Bank of Baku nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Royal Bank of Baku" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılmış məlumatında xəbər verilir. Emissiyanın həcmi 2 000 000 AZN, bir səhmin nominal dəyəri 200 AZN təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində isə "Standard Capital" MMC çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti