...

Ekspert: "Bakının daşınmaz əmlak bazarında yaranan defisit əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqədardır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 14:54 (UTC +04:00)
Ekspert: "Bakının daşınmaz əmlak bazarında yaranan defisit əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqədardır"

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova / Bakının daşınmaz əmlak bazarında müşahidə olunan defisit əhalinin sosial vəziyyəti ilə əlaqədar olaraq aşağı alıcılıq qabiliyyəti ilə bağlıdır. Bu barədə çərşənbə axşamı "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin direktoru Nüsrət İbrahimov bildirib.

Caspian Property Services qiymətqoyma şirkəti ekspertərinin fikrincə, Bakının daşınmaz əmlak bazarında defisit və mart ayında qiymətlərin qalxması ipoteka kreditlərinin verilmə şərtlərinin sadələşdirilməsi ilə bağlı yüksək tələb və aşağı təkliflərin olması ilə əlaqədardır.

"Bu günkü vəziyyətdə Azərbaycanın daşınmaz əmlak bazarında mənzil defisiti müşahidə oluna bilməz", - deyə o bildirib.

Caspian Property Services-in məlumatlarına görə, mart ayında Bakının mərkəzində olan mənzillərin hər kvadrat metrinə görə qiymət orta hesabla 750-1100$, şəhər kənarında isə 500-620$ təşkil edib ki, bu da fevral ayına nisbətən təqribən 5 faiz çoxdur.

Mart ayının 27-nə qədər isə Azərbaycan İpoteka Fondu tərəfindən 17 mln. manat dəyərində 550-dən çox kredit verilib.

Xəbər lenti

Xəbər lenti