...

Skoda Çində 100 diler müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 17:29 (UTC +04:00)

Martın 28-də Volkswagen AG tərkibinə daxil olan Çexiyanın Skoda Auto AS avtomobil şirkəti Çində 100-dən çox eksklüziv diler müqaviləsi bağladığını xəbər verib. K2Kapital xəbər verir ki, bu addım şirkətin ÇXR-də istehsal olunan avtomobillərinin satışının həyata keçirilməsi üçün atılıb.

Saziş 2007-ci ilin sonunda qüvvəyə minəcək. Skoda Çin zavodlarında bu ilin sonundan sedan Octavia, azlitrajlı Fabia avtomobili və bahalı Superb modelləri istehsal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti