...

"Anadarko" şirkəti Gürcüstanın Qara dəniz şelfində qazma işləri üçün konsorsium yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 17:56 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirtsxalia/ Bu gün "Anadarko"nun hansı şirkətlə konsorsium yaradacağı məlum olacaq. "Anadarko" Gürcüstanın Qara dəniz şelfinin 3-m, 2-b və 2-a neft bloklarında qazma işlərinin keçirilməsində lisenziyaya sahibdir. Bunlar da Əlcəzair, Sameqrelo və qismən Abxaziyada yerləşəndir.

Məlumatlara əsasən, Qara dənizin Gürcüstan akvatoriyasında aparılan geoloji tədqiqatlarda kifayət qədər neft və qaz ehtiyatlarının olduğu aşkarlanıb. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu akvatoriyada neft ehtiyatları 1-3 mlrd tonadək təşkil edə bilər.

Gürcüstanın iqtisadiyyat nazirliyindən Trend ə verilən məlumata görə, "Anadarko" Qara dəniz şelfində qazma işlərinə hələ keçən il başlamalıydı, amma hələlik işə başlamayıb.

"Anadarko" şirkəti artıq 7 ildir ki, Gürcüstanda işləyir, bu vaxta qədər ona 30 mln dollar investisiya yatırılıb.

Xəbər lenti

Xəbər lenti