...

Beynəlxalq Daşınmaz Əmlak Fondunun prezidenti Azərbaycan bazarını müsbət qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 14:34 (UTC +04:00)
Beynəlxalq Daşınmaz Əmlak Fondunun prezidenti Azərbaycan bazarını müsbət qiymətləndirib

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova /Azərbaycanın daşınmaz əmlak bazarı ölkədəki tikililərin sayı ilə fəxr etməlidir. Bu barədə Beynəlxalq Daşınmaz Əmlak Fondunun prezidenti Norman D.Flayn Azərbaycanın Daşınmaz Əmlak Bazarı İştirakçıları

Birliyi ilə müqavilə imzalama mərasimində bəyan edib.

Flaynın sözlərinə görə, sənədin imzalanması Azərbaycana dünya standartlarına yaxınlaşmağa kömək edəcək. Fond Azərbaycanda peşəkarlıq, ipoteka kreditləşməsinin sadələşdirilməsi ilə bağlı treninq və seminarlar keçirəcək.

Flayn qeyd edib ki, Azərbaycan bazarında qiymətlərin artması dünya bazarında olduğu kimi tələbatın artması ilə izah olunur.

"Digər postsovet ölkələri ilə müqayisədə Azərbaycan bazarı mənə daha sağlam göründü. Dünyada daşınmaz əmlak ayrıca götürülmüş dövlətin ümumi bazarının 20 faizini təşkil edir, Azərbaycanda bu göstərici 7 faizə çatıb, gələcəkdə peşəkar daşınmaz əmlak bazarının inkişafı hesabına artacaq", deyə o, bildirib.

Beynəlxalq Fond Azərbaycan tərəfinə ikiillik maliyyə və uzunmüddətli peşəkarlıq dəstəyi təklif edib. Azərbaycan Mərkəzi Avropa Rielter Təşkilatının illik konfransında iştirak etmək imkanı əldə edib. 35 ölkədən 50 nəfərin iştirak edəcəyi konfrans oktyabr ayında Buxarestdə keçiriləcək.

1992-ci ildə yaradılmış Beynəlxalq Daşınmaz Əmlak Fondu Mərkəzi Avropa Rielter Təşkilatı ilə birgə inkişaf etmiş ölkələrdə Peşəkar Rielter Assosiasiyası yaradır və onlarla daşınmaz əmlak sahəsindəki peşəkar təcrübəsi ilə bölüşür.

Fond artıq Rusiya, Ukrayna, Moldova, Gürcüstanda Peşəkar Assosiasiyalar yaradıb.

Xəbər lenti

Xəbər lenti