...

Azərbaycanın Dövlət Dəniz Administrasiyası QİƏM ekspertlərinin görüşündə iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 16:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /12-13 aprel tarixində Verndə (Bolqarıstan) "Gəmiçilik, gəmiqayırma və gəmi təmiri inkişafı məsləhətləri üzrə Memorandum" layihəsinin müzakirəsi ilə bağlı xüsusi ekspert qrupunun iclası keçiriləcək.

Görüşdə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) gəmi heyəti xidməti şöbəsinin rəhbəri Ehtiram Rəhimov iştirak edəcək. Bu barədə cümə günü adminstrasiyadan məlumat verilib.

Martın 29-da ADDA-nın liman inspektorlarının işinin və yelkənə nəzarət effektliyinin artırılması və Beynəlxalq Dəniz Administrasiyasının qətnaməsinə uyğun olaraq peşəkar səviyyənin təkmilləşdirilməsi üzrə keçirdiyi treninq kurslar başa çatıb. Bu kurslar Azərbaycanda ilk dəfə olaraq keçirilib.

Əvvəllər administrasiya TRACECA nəqliyyat dəhlizi çərçivəsində "Train the trainer" və "Dənizçiliyin kommersiya aspektləri" seminarlarını keçirib.

Xəbər lenti

Xəbər lenti