...

"Basak-Inam" daşınmaz əmlakın sığortası üzrə əməliyyatları artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 12:50 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/"Basak-Inam" birgə sığorta şirkəti ipoteka kreditləşməsinin obyekti olan daşınmaz əmlakın sığortası üzrə əməliyyatları artırıb. Bu barədə çərşənbə axşamı günü şirkətdən məlumat verilib.

Bu günə qədər daşınmaz əmlak üzrə 86 risk, həmçinin həyat və əmək qabiliyyətinin itirilməsinin sığortası üzrə 45 risk sığortalanıb. Fevralda "Basak-Inam" BM daşınmaz əmlak üzrə 54 risk, həmçinin həyat və əmək qabiliyyətinin itirilməsinin sığortası üzrə 45 risk sığortalayıb.

Daşınmaz əmlakın sığortalanması üzrə faiz göstəriciləri 0,2-0,5%, həyat və əmək qabiliyyətinin itirlməsinin sığortalanması 0,31-1,95% arasında tərəddüd edib.

Sığortalama Turan Bank, Texnikabank, Bank of Baku, Bank Respublika, Azərbaycan Kredit Bankı, Azər-Türk Bankının müştəriləri üçün həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti