...

Naxçıvanda yeni iş yerləri açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov/ Naxçıvan MR Ordubad rayonunda əmək yarmarkası keçirilib.Yarmarkaya 24 müəssisə, təşkilat və özəl müəssisədən müxtəlif sahələri əhatə edən 184 boş iş yeri çıxarılıb. 166 yer dövlət müəssisələrinə, 17-si qeyri-dövlət sektoruna aid olub.Nəticə olaraq 35 nəfər daimi iş üçün göndəriş alıb, 50-dən artıq vətəndaş peşə kurslarına cəlb edilib. Naxçıvan MR Məşğulluq İdarəsindən bildiriblər ki, yarmarkalar aprel ayı ərzində bütün rayonları əhatə edəcək.

Bu il ilk yarmarka martın sonlarında baş tutub və 34 nəfər işlə təmin olunub, 3 nəfər kvota yerinə göndərilib. Növbəti əmək yarmarkası sabah Şərur rayonunda təşkil olunacaq. Yarmarkaların ilin bütün rüblərində keçirilməsi nəzərdə tutulub.

Ötən il 3 əmək, 1 təhsil yarmarkası keçirilib. Keçirilən yarmarkalar zamanı 620 nəfər daimi işlə təmin olunub. Onlardan 126-sı təhsil sahəsində göndəriş alanlardır. Ötən il Naxçıvan MR-də 8044 nəfər işlə təmin olunub və onlardan 5332-si daimi iş yerləridir. Son üç ildə Muxtar Respublikada 24 812 yeni iş yeri açılıb.

Xəbər lenti

Xəbər lenti