...

LUKOYL Türkiyədə daha bir neft terminalı alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 15:55 (UTC +04:00)

"LUKOYL" ASC Türkiyədə neft məhsulları üçün daha bir terminal almağı planlaşdırır. Bu barədə məlumatı Moskvada jurnalistlərə şirkətin vitse-prezidenti Vladimir Nekrasov verib. O bildirib ki, şirkət 20 min ton həcmli bu terminalın əldə edilməsi üçün danışıqlar aparır və razılaşmanın iqtisadi əlverişliliyini öyrənir. RBK . -nın məlumatına görə, əgər hesablamalar məqsədəuyğun olsa müqavilə 2007-ci ilin sonlarınadək imzalana bilər. Nekrasov bunu da qeyd edib ki, Türkiyə LUKOYL üçün neft bazarı kimi əlverişli regionlardan biri hesab olunur.

2006-cı ilin noyabr ayında LUKOYL 21,5 mln.dollara İzmitdə neft emalı zavodu yanında neft məhsullarının saxlanılması üçün 10 min ton həcmli terminal alıb. LUKOYL həmçinin Türkiyədə neft emalı zavodunun tikilməsi planları barədə də məlumat verib.

Xəbər lenti

Xəbər lenti