...

Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi daşınmaz əmlak üzrə məlumatları dəqiqləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 21:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 2007-ci ilin əvvəlində dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi sahəsində şəffaf və səmərəli sistemlərin yaradılmasını elan edib.

Bu barədə Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin məlumatında göstərilib. Bu tədbirlər Dünya Bankı tərəfindən dəstəklənən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsindəhəyata keçiriləcək.

Qeydiyyatı sisteminin təkmilləşdirilməsi üçün 2000-ci ildən etibarən aparılan "Dövlət əmlakının Registri" qeydiyyat sistemində bütün dövlət təşktilatların balansında olan əmlak barədə zəruri olan məlumatlar yerləşdirilmişdir. Bu qeydiyyat sistemində 130.000 yaxın daşınmaz əmlak (torpaq, əmlak altında torpaq, bina, tikili,qurğu və s.) obyekti barədə informasiyalar toplanmışdır. Layihənin "Dövlət əmlakının idarə edilməsi və registri" komponenti cərçivəsində dövlət əmlakının qeydiyyatı ilə bağlı fəaliyyətdə olan Milli Avtomatlaşdırılmış Əmlak Sisteminin yeniləşdirilməsi, sistemin əməliyyatlar siyahısının genişlənməsi, yeni texniki vəzifələrin icrası, habelə, texniki və proqram təminatının modernləşdirilməsi, digər dövlət orqanları ilə avtomatlaşdırılmış informasiya əlaqələrin qurulması planlaşdırılır. Dövlət əmlakının idarə edilməsi ilə bağlı yeni sistemin qurulması üçün informasiya texnologiyalarının, avadanlıq və proqram təminatlarının alınmasına dəstək veriləcək.

Layihənin ümumi dəyəri 38,57 mln. dollart təşkil edir. Bunun da 30 mln. dolları DB-nin, 8,57 mln. dolları Azərbaycan hökumətinin payına düşür. Kredir Beynəlxaq yenidənqurma və İnkişaf bankının xətti ilə 5 il güzəşt dövrü ilə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti