...

Naxçıvanda istifadə edilmiş enerjiyə görə ödəmə faizi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov/ Naxçıvan MR-də istifadə edilmiş enerjiyə görə ödəmə faizi ötən ay 53,3% faiz təşkil edib. Bu barədə Naxçıvan MR Dövlət Energetika Agentliyi çərşənbə günü məlumat yayıb. Məlumata görə, martda texniki itki nəzərə alınmqla daxil olan 36 mln. 834 min kilovat/saat elektrik enerjisinin dəyəri 2 mln. 210 min manat olub. Cəmi 1 mln.177 min manat vəsait toplanılıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 53,3 % təşkil edir.

Ödəmə faizinə görə, ilk yerdə 85,1%-lə Ordubad rayonu fərqlənir. Ən az ödəniş Babək rayonunda qeydə alınıb (43%). Naxçıvan MR-in müəssisə və təşkilatları üzrə ödəmə faizi isə 61,8% olub.

Ötən ay fevral ayı ilə müqayisədə 2 dəfəyədək az elektrik enerjisi isifadə olunub. Ödəmə faizi isə 2 dəfəyədək artıb. Fevralda 67 milyon 957 min kilovat/saat elektrik enerjisindən istifadə olunub. Ödəmə faizi 30,6 % təşkil edib.

Xəbər lenti

Xəbər lenti