...

OPEK-in neft səbətinin qiyməti 6 gün müddətində ən aşağı göstəriciyədək enib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 14:55 (UTC +04:00)

OPEK-in neft səbətinin qiyməti 6 gün müddətində ən aşağı göstəriciyədək enib. Lakin 63 dollar/ bareldən çox olaraq qalır. Aprelin 4-ə olan vəziyyətə görə, "səbət"in qiyməti 63,31 (-0,42) doll./barel təşkil edib. "Səbət"in qiymətinin 62,35 dollar/barel olduğu 29 mart tarixindən sonra göstərici ən aşağı qiymətədək enib.

Qeyd edək ki, RBK .-nın məlumatına görə, 2006-cı il sentyabrın əvvəllərindən ilk dəfə olaraq , martın 30-da səbətin qiyməti 63 dollar/bareldən çox olub, aprelin 2-də isə onun qiyməti 7 ay müddətində rekord həddinə - 63,87 dollar/barelə çatıb. OPEK-in (OPEC Reference Basket of crudes) "səbət"i termini 1987-ci il yanvarın 1-dən rəsmi tətbiq edilir. 2006-cı il avqustun 8-də "səbəti"in qiyməti 72, 67 dollar/barel olub. Bu da OPEK tarixində ən yüksək göstərici kimi qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti