...

Tiflis ümid edir ki, Qazaxıstan Batumidə benzin istehsal edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 17:19 (UTC +04:00)

Gürcüstan, Tiflis / müxbir. Trend N.Kirtsxalia/ Qazaxıstan şirkətləri Batumidə neft emalı zavodu (NEZ) və Potidə taxıl terminalının tikintisində iştirak etmək istəyirlər. Bu gün Gürcüstanın baş naziri Zurab Noqaideli Qazaxıstan hökumətinin başçısı Kərim Məsimovla görüşün sonunda keçirilən brifinqdə bildirib: "Bu çox vacib faktdır ki, Qazaxıstan şirkətləri bu layihədə iştirak etmək istəyir və tezliklə onların bu barədə dəqiq qərarları məlum olacaq".

O qeyd edib ki, əgər Qazaxıstan Batumidə neft emalı zavodunun tikintisi barədə qərar qəbul etsə, onda neft də Qazaxıstanın olacaq, ona görə ki, bizim neftimiz yoxdur. Bu bərədə məlumatı Trend in Tiflisdəki xüsusi müxbiri verir.

"NEZ-in tikintisi üçün biz Qazaxıstana texniki yardım göstərməyə və işçi göndərməyə hazırıq. Biz həqiqi, real olan texnika ilə benzin hazırlanacaq zavoddan danışırıq, saxta bir şeydən yox! Gürcüstanda NEZ yoxdur, kiçik sənaye müəssisələri isə artıq bağlanıb"- Noqaideli deyib.

Xəbər lenti

Xəbər lenti