...

Norman Flayn: Daşınmaz əmlak bazarının inkişafı üçün Azərbaycan əhəmiyyətli vəsaitlər cəlb etməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2007 15:14 (UTC +04:00)
Norman Flayn: Daşınmaz əmlak bazarının inkişafı üçün Azərbaycan əhəmiyyətli vəsaitlər cəlb etməlidir

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Daşınmaz əmlak bazarının inkişafı üçün Azərbaycan əhəmiyyətli vəsaitlər cəlb etməli, həmçinin bazarı daha transparant etməlidir. Bu barədə Daşınmaz Əmlak Beynəlxalq Fondunun prezidenti Norman Flayn söyləyib.

Onun fikrincə, eyni zamanda Azərbaycanın daşınmaz əmlak bazarı Qafqazın və dünyanın digər dövlətləri ilə müqayisədə daha çox inkişaf edib.

Onun sözlərinə görə, ABŞ-ın daşınmaz əmlak bazarı effektiv və şəffafdır, lakin eyni zamanda sabit deyil.

"Fransa və Almaniyada bu bazar daha çox inkişaf edib, lakin ABŞ-dakı kimi şəffaf deyil, həmçinin dəyişikliklərə meyillidir", deyə o bildirib.

Flaynın sözlərinə görə, Rusiyada əmlak bazarı, əsasən də Sankt-Peterburq və Moskvada kifayət qədər inkişaf edib, lakin o, Şərqi Avropa dövlətlərinin bazarlarına güzəştə gedir.

Flaynın sözlərinə görə, Azərbaycanda daşınmaz əmlak bazarının inkişafına təkan hökumət tərəfindən müvafiq yeni qayda, norma və qanunların tətbiqi ola bilər.

Beynəlxalq Fondun prezidentinin fikrini şərh edən "Daşınmaz Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov söyləyib ki, Azərbaycanda "Daşınmaz əmlak haqqında" qanunun yaradılmasına ehtiyac yoxdur.

"Mövcud olan, o cümlədən, Mülkiyyət Məcəlləsi və Azərbaycanın Daşınmaz Əmlakın reyestri üzrə Dövlət Xidmətinin işini təkmilləşdirmək lazımdır", deyə o, bildirib.

Martlda "Daşınmaz Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi və Daşınmaz Əmlak Beynəlaxlq Fond "Azərbaycan rielterlərinin peşəkar assisiasiyası"nın yaradılması haqqında müqavilə imzalayıb.

Flaynın sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarının ən böyük üstünlüyü ipoteka kreditləşməsidir.

"Hazırda Azərbaycanda vətəndaşların mənzil əldə etməsi üçün kifayət qədər ipoteka krediti var. Lakin Azərbaycan İpoteka Fondunun fəaliyyəti Bakıda mənzilə olan mövcud tələbatı tam ödəmək üçün kifayət etmir", Flayn hesab edir.

Onun fikrincə, Bakının daşınmaz əmlak bazarı Azərbaycan regionlarına nisbətən daha çox fəaldır.

Azərbaycan İpoteka Fondu özünün bir illik fəaliyyəti ərzində 24 mln. manatdan çox məbləğdə 720-dən çox kredit verib.

Xəbər lenti

Xəbər lenti