...

Azərbaycan İpoteka Fondu və Daşınmaz Əmlakın Reyesteri Dövlət Xidməti "qarışıq müqavilə" ilə bağlı məsələni həll edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 20:37 (UTC +04:00)

Azərbaycan. Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan İpoteka Fondu (AİF) və Daşınmaz Əmlakın Reyesteri Dövlət Xidməti əhalinin ipoteka kreditləri alarkən üzləşdiyi "qarışıq müqavilə" ilə bağlı məsələni həll edib. Bu barədə çərşənbə axşamı İpoteka Fondundan məlumat veriblər.

Fevral ayının 22-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ipoteka kreditləri hesabına yaşayış sahələrinin alınması zamanı "qarışıq müqavilə" formasında bağlanılmış alqı-satqı və ipoteka razılaşmalarının təsdiq olunması üçün rüsum tətbiq olur.

Daşınmaz Əmlakın Reyesteri Dövlət Xidmətindən verilən məlumata görə, ötən həftə xidmət "qarışıq müqavilə" formasının verilməsi zamanı blankların təzələnməsindən sonra burada reyester xidməti tərəfindən təsdiq olunmaq üçün yer qoyulmadığına görə problemlə üzləşmişdi.

Azərbaycan İpoteka Fondu (AİF) və Daşınmaz Əmlakın Reyesteri Dövlət Xidmətindən verilən məlumata görə, blankda müvafiq bəndin olmaması texniki səbəblər ucbatından baş verib.

"AİF-lə razılıqdan sonra məsələ həll olunub və ipoteka kreditlərinin alınması zamanı əhali bu cür problemlərlə qarşılaşmayacaq",-deyə Dövlət Xidmətindən bildirilib.

Xəbər lenti

Xəbər lenti